Sabahın hava proqnozu

Sabahın hava proqnozu
  20 Aprel 2022    Oxunub:242
Aprelin 21-nə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AzVision.az -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək.

Havanın temperaturu gecə 10-13° isti, gündüz 15-18° isti olacaq. Bakıda gecə 10-12° isti, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Əsasən şimal və qərb rayonlarında intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Havanın temperaturu gecə 9-14° isti, gündüz 17-22° isti, dağlarda gecə 1-6° isti, gündüz 6-11° isti olacaq.

AzVision.az

Teqlər: Hava  







Xəbər lenti