Rusiyanın yeni itkiləri - 815 tank, 171 təyyarə, 150 ​​helikopter

   Rusiyanın yeni itkiləri -    815 tank, 171 təyyarə, 150 ​​helikopter
  20 Aprel 2022    Oxunub:249
Ukrayna Rusiyanın müharibədə verdiyi itkilərlə bağlı yeni statistikanı açıqlayıb. AzVision.az xəbər verir ki, Silahlı Qüvvələrin Baş Qərargahının yaydığı məlumata görə, ordu 20 900-ə yaxın rus hərbçisini öldürüb. Ukraynalı hərbçilər həmçinin 815 tank, 171 təyyarə və 150 ​​helikopter vurublar.
"815 tank, 2087 ədəd zirehli döyüş maşını, 391 artilleriya sistemləri məhv edilib. Bundan başqa, sıradan çıxarılan düşmən avadanlıq və texnikaların statistikası beldəir: MLRS - 136, hava hücumundan müdafiə sistemləri - 67, təyyarə - 171, helikopterlər - 150, avtomobil avadanlığı - 1504, gəmilər və ya qayıqlar - 8, yanacaq və sürtkü yağları olan çənlər - 76, əməliyyat-taktiki səviyyəli PUA-lar - 165 ədəd, xüsusi avadanlıqlar - 27", - məlumatda deyilir.


Tural Tağıyev
AzVision.az

Teqlər:







Xəbər lenti