Elxan Məmmədov yeni təyinatından danışdı - Parisdən işləyəcək

   Elxan Məmmədov yeni təyinatından danışdı -   Parisdən işləyəcək
  20 Aprel 2022    Oxunub:975
Mayın 1-dən FIFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru olacaq Elxan Məmmədov fəaliyyətini FIFA-nın Paris ofisində davam etdirəcək.
AzVision.az xəbər verir ki, bu haqda AFFA-nın saytı məlumat yayıb.

Elxan Məmmədov yeni təyinatı ilə əlaqədar deyib: “FIFA-ya qoşulmaq çox xüsusi bir haldır. Bunu məsuliyyət və şərəflə qəbul edirəm. FIFA hazırda futbolu dünyanın hər nöqtəsində əhatə edən lokomotivdir. FIFA komandasıyla və üzvlərimizlə birlikdə əminəm ki, həm qadın, həm də kişi futbolunun inkişafı üçün yeni ideyaların həyata keçirilməsini davam etdirəcəyik”.
O deyib ki, futbolun idarəedilməsi və davamlı inkişafı onun üçün ən maraqlı sahələrdəndir və bu mövzuda FIFA-nın prezidenti Canni İnfantino ilə məqsədləri ortaqdır: “Son 15 ildə AFFA-da fəaliyyətim mənə idman sahəsində mühüm təcrübə qazandırıb. AFFA prezidentinə və komandamıza uzun və xoş əməkdaşlığımıza, effektiv idarəetmə qurduğumuza, kütləvi futbolun inkişafına və möhtəşəm tədbirlərin təşkilinə görə təşəkkür edirəm. Bu təcrübəni yeni mövqeyimdə daha geniş miqyasda tətbiq etmək üçün əlimdən gələni edəcəyəm”.

AzVision.az


Teqlər:





Xəbər lenti