Ağstafada ev sahibi ilə oğru bir-birini baltaladı

   Ağstafada ev sahibi ilə oğru    bir-birini baltaladı
  21 Aprel 2022    Oxunub:735
Ağstafada oğurluq etmək üçün evə girən şəxs baltalanıb.
Rayonun Köçəsgər kənd sakini, 1973-cü il təvəllüdlü S.Ələkbərovla evinə oğurluğa girən 2003-cü il təvəllüdlü K.Əlləzov arasında mübahisə yaranıb. Mübahisə zəmnində ev sahibi ilə oğurluğa girən şəxs bir-birini baltalayıblar. Hər ikisi xəstəxanaya yerləşdirilib.

Ev sahibi S.Ələkbərovun vəziyyəti ağır, evə oğurluğa girən şəxsin vəziyyəti isə qənaətbəxş qiymətləndirilir. Faktla bağlı araşdırmalara başlanılıb. (Report)

AzVision.az



Teqlər: Ağstafa  





Xəbər lenti