Hüseyn onu evində qonaq edən nənəyə pul verdi - VİDEO

   Hüseyn onu evində qonaq edən nənəyə pul verdi -    VİDEO
  21 Aprel 2022    Oxunub:773
Rusiyanın məşhur azərbaycanlı videoblogeri Hüseyn Həsənov artıq bir neçə həftədir ki, Vətəndədir.
AzVision.az xəbər verir ki, Hüseyn bloger Aydan Hüseynli ilə macəra üçün rayonların birinə gediblər. Ucqar kəndlərin birində azıb qalan ikiliyə kənd sakinlərindən biri yardımçı olaraq, onları öz evlərinə buraxıb.

Kəndli bir ailə onları səhərə kimi qalacaq yer və yeməklə təmin ediblər. Bu qonaqpərvərlikdən razı qalan Həsənov ailənin yaşlı üzvü olan nənəyə 100 dollar əskinaslardan ibarət “paçka” pul verib.

Nənə həmin pulları götürmək istəməsə də, Hüseynin təkidi ilə onları qəbul edərək, blogeri bağrına basıb.

Hüseyn bildirib ki, yalnız səhəri gün həmin ailəyə kimliyini açıqlayıb. O, qonaq olduğu ailəyə öz şəxsi nömrəsini verdiyini və davamlı onlarla əlaqə saxlayacağını söz verib.

Sözügedən hadisəni telefonun yaddaşına köçürüb, sosial şəbəkə hesabından paylaşan H.Həsənovun bu addımı izləyicilər tərəfindən maraq və rəğbətlə qarşılanıb.



AzVision.az


Teqlər:





Xəbər lenti