"Azovstal"a hücumun dayandırılmasını əmr edirəm" - Putin

   "Azovstal"a hücumun dayandırılmasını əmr edirəm" -    Putin
  21 Aprel 2022    Oxunub:1428
Rusiya Prezidenti Vladimir Putin Kremldə müdafiə naziri Sergey Şoyqu ilə görüşüb. AzVision.az xəbər verir ki, o, Mariupolda 2 minə yaxın ukraynalı əsgərin mühasirəyə alındığı “Azovstal” zavoduna hücum etməyi yersiz sayıb.
- Mən sənaye zonasına hücumu məqsədəuyğun hesab etmirəm. Onun ləğv edilməsini əmr edirəm, - Putin deyib.

Şoyqu Putinə məruzə etdi: "Mariupolu ələ keçirdik" - VİDEO
Rusiya lideri bu qərarını rus hərbçilərin həyatını xilas etməklə izah edib.

Onun sözlərinə görə, ərazidəki katakombalara girməyə ehtiyac yoxdur və "Azovstal"da sənaye zonasını bağlamaq lazımdır ki, oradan “milçək belə uçmasın”.

Qeyd edək bu gün müdafiə naziri Sergey Şoyqu Rusiya prezidentinə məruzə edib ki, Mariupol bütövlükdə Rusiya Silahlı Qüvvələrinin nəzarəti altına keçib. Lakin silahlılar metallurgiya zavodunda məskunlaşıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Putin   Şoyqu   Ukrayna   Rusiya  





Xəbər lenti