"Ukraynanlılar düşündüyümdən də sərt və qürurludurlar" - Bayden

   "Ukraynanlılar düşündüyümdən də sərt və qürurludurlar" -   Bayden
  21 Aprel 2022    Oxunub:799
ABŞ prezidenti Co Bayden müdafiə naziri Lloyd Ostin, nazir müavini Ketlin Hiks və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli ilə görüşü zamanı Ukrayna mövzusu ətrafında danışıb. AzVision.az xəbər verir ki, o, ukraynalıları tərifləyib.
Bayden iki istiqamətdə ruslarla mübarizə aparan ukraynalıların cəsarətinə və gücünə heyran olduğunu deyib.

"New York Post" yazır ki, görüş zamanı ABŞ-ın güc strukturları elitası Ukraynadakı müharibəni müzakirə edib. Qeyd edilir ki, Prezident Ağ Evdəki hərbi liderləri müharibə başlayandan sonra Ukraynanı silahlandırdıqlarına və məsləhətlər verdiyinə görə tərifləyib.

- Mən cəsur ukraynalıları öz millətini müdafiə etmək üçün silahlandırmaq və təchiz etmək yolunda gördüyünüz müstəsna işi təqdir etmək istəyirəm, - Bayden deyib.

O, həmçinin bildirib ki, Ukraynadan belə güclü mübarizə gözləmirdi.

- Sizi bilmirəm, amma mən müharibədən əvvəl bir neçə dəfə Ukraynada olmuşam, Radada çıxış etmişəm. Mən Ukraynada baş verənlərlə yaxından maraqlanmışam. Və bilirdim ki, onlar sərt və qürurludurlar. Amma sizə deyim ki, onlar düşündüyümdən daha sərt və qürurlu idilər. Onların NATO ölkələri ilə bərabər sizin silah yardımlarınızla etdiklərinə heyranam, - Bayden qeyd edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti