Latviyada bu şəxslər vətəndaşlıqdan məhrum edilə bilər

Latviyada bu şəxslər vətəndaşlıqdan məhrum edilə bilər
  21 Aprel 2022    Oxunub:854
Latviya parlamenti müharibə səylərini dəstəkləməyə görə cəza olaraq vətəndaşlıqdan məhrumetmə haqqında qanunu təsdiqləyib.
AzVision.az xəbər verir ki, bu barədə “Delfi” informasiya portalı məlumat yayıb. “Vətəndaşlıq haqqında” qanuna edilən dəyişikliklər onunla əsaslandırılır ki, fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Ukraynada hərbi əməliyyat elan edib. İndi respublikada sülhə qarşı cinayət kimi qiymətləndiriləcək həmin döyüşlərdə iştirak etmiş şəxs Latviya vətəndaşlığından məhrum edilə bilər.

Həmçinin, demokratik dövlətlərin ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə və ya konstitusiya quruluşuna təhlükə yaradan hərəkətlərə yol vermiş şəxslərə, dövlətlərə və ya digər qurumlara əhəmiyyətli maliyyə, maddi, təbliğat, texnoloji və ya digər yardım göstərən şəxslər Latviya vətəndaşlığından məhrum edilə bilər.
Latviya Seyminin 62 deputatı “Vətəndaşlıq haqqında” qanuna dəyişikliklərin lehinə səs verib, 14 qanunverici bitərəf qalıb, bir parlamentari isə əleyhinə çıxıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Latviya  





Xəbər lenti