Danimarka Ukraynaya əlavə silah göndərəcək

 Danimarka Ukraynaya əlavə silah göndərəcək
  21 Aprel 2022    Oxunub:294
“Danimarka hökuməti Ukraynaya əlavə silah partiyası göndərəcək”.
AzVision.az xəbər verir ki, bunu Skandinaviya ölkəsinin baş naziri Mette Frederiksen TV 2-yə müsahibəsində deyib. Kiyevdə səfərdə olan baş nazir bildirib: “Biz Ukraynaya daha çox silah göndərmək niyyətindəyik. Bu, ən zəruri şeydir”. O, hansı silahların Ukrayna tərəfinə veriləcəyini deməyib.

Telekanalın məlumatına görə, gün ərzində Danimarka hökumətinin başçısı ilə İspaniyanın baş naziri Pedro Sançes Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşəcək. Frederiksen fevral ayında Rusiya əməliyyatı başlayandan sonra Skandinaviya ölkələrinin rəhbərliyinin nümayəndələrindən ilk olaraq Ukraynaya səfər edir. Bundan əvvəl Danimarka Kiyevə 2700 portativ tank əleyhinə sistem göndərmişdi.

AzVision.az


Teqlər: Ukrayna  







Xəbər lenti