Rusiya Ukraynanın şərqində ciddi müqavimətlə üzləşib - 200 yaralı 50 ölü

   Rusiya Ukraynanın şərqində ciddi müqavimətlə üzləşib -    200 yaralı 50 ölü
  22 Aprel 2022    Oxunub:580
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya hərbçilərinin itkiləri barədə məlumat yayıb. AzVision.az xəbər verir ki, məlumatda Şərq əməliyyat zonasında gedən döyüşlər zamanı rusların xeyli itki verdiyi bildirilir.
"Düşmən itki verməkdə davam edir. Mövcud məlumata görə, bu il aprelin 20-də Novoaydar rayon xəstəxanasına yaralı hərbçilərin daha bir partiyası-təxminən 220 nəfər və 50-dən çox həlak olan əsgər cəsədi təhvil verilib. Bundan əlavə, Kuraxovski istiqamətində fəaliyyət göstərən Cənub Hərbi Dairəsinin 58-ci Əlahiddə Ümumqoşun Ordusunun 136-cı əlahiddə motoatıcı briqadasının batalyon taktiki qrupu xeyli canlı qüvvə itkisi (250 nəfərə qədər) ilə üzləşib. Həmçinin 10 raket və top artilleriya sistemi də sıradan çıxıb", - məlumatda deyilir.

Həmçinin qeyd edilir ki, mövcud məlumatlara görə, Ukrayna ərazisində döyüş əməliyyatlarında iştirak etmiş Cənub Hərbi Dairəsinin 8-ci Əlahiddə Ümumqoşun Ordusunun 150-ci motoatıcı diviziyasının şəxsi heyəti mart ayında döyüş vəsaitləri almayıblar. Bu səbəbdən hərbi qulluqçular narazılıq və hiddətlərini bildirirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna   Rusiya  





Xəbər lenti