"Zəfər Qurultayında ciddi tapşırıqlar verildi" - Hikmət Hacıyev

   "Zəfər Qurultayında  ciddi tapşırıqlar verildi" -    Hikmət Hacıyev
  22 Aprel 2022    Oxunub:675
Dünya Azərbaycanılarının Şuşada keçirilən Zəfər Qurultayında diaspor təşkilatlarımız qarşısında ciddi tapşırıqlar qoyuldu.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında (Zəfər Qurultayı) jurnalistlərə açıqlaması zamanı bildirib.

Onun sözlərinə görə, bu vəzifə və tapşırıqların ən vacib istiqamətlərindən biri məhz ölkəmizə qarşı aparılan bəzi təxribat və çirkin təbliğatların qarşısının alınması, Azərbaycan həqiqətlərinin daha aktiv şəkildə diaspor təmsilçiləri vasitəsilə onların çalışdıqları, yaşadıqları ölkələrdə geniş ictimai zümrələrə təqdim olunması və aərbaycanlıların yaşadıqları ölkələrin ictimai-siyasi həyatında daha da aktiv rol oynamalarıdır.

"Vətən Müharibəsi dövründə aparılan siyasətimizə və diaspor təşkilatlarımızın fəaliyyətinə baxdıqda məmnuniyyətlə qeyd edə bilərik ki, bu istiqamətdə Azərbaycan Prezidenti İlham Əliyevin qoyduğu tapşırıqlara uyğun olaraq ciddi irəliləyişlərimiz olub. Yenə də qarşımızda yeni tapşırıqlar var. Çünki biz post-münaqişə dövründəyik və erməni lobbi təşkilatları, onların bəzi havadarları tərəfindən, ümumiyyətlə Azərbaycana qarşı davamlı surətdə çirkin propaqandalar və kampaniyalar aparan müxtəlif dariələr tərəfindən yenə də ölkəmizə qarşı bu niyyətlər davam etdirilir. Bu səbəbdən bizim diaspor təşkilatlarımızın üzərinə yeni tapşırıqlar və vəzifələr düşür ki, onlar daha da koordinasiyalı şəkildə və sıx birləşərək Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırsınlar", - deyə H.Hacıyev qeyd edib.

AzVision.az


Teqlər:





Xəbər lenti