Daşaltı kəndində turizm kompleksləri tikiləcək

   Daşaltı kəndində turizm kompleksləri tikiləcək
  23 Aprel 2022    Oxunub:1023
Şuşanın girişində, Daşaltıda olan turizm kompleksləri mümkün qədər sürətlə tikilərək istifadəyə veriləcək.
AzVision.az -ın xəbərinə görə, bunu bu gün Şuşada Dünya Azərbaycanlılarının V Qurultayının bağlanış mərasimində Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov bildirib.

Onun sözlərinə görə, bu komplekslər Şuşanın turizm potensialını daha da artıracaq: “Bu turizm kompleksləri mümkün qədər sürətlə tikilərək istifadəyə veriləcək. Bu komplekslər Şuşanın turizm potensialına xüsusi töhfə verəcək”.

AzVision.az



Teqlər: Şuşa   Daşaltı  





Xəbər lenti