AzVision.az İLNA-ya istinadən xəbər verir ki, hadisə əyalətin mərkəzi Zahidan şəhərində nəzarət-buraxılış məntəqəsində olub. Atəş nəticəsində mühafizəçi ölüb. Məlumata görə, mühafizəçi Mahmud Absalan İran İnqilab Keşikçiləri Qvardiyasının Salman Farsi adına 110-cu briqadasının komandiri general Pərviz Absalanın oğludur.
Əməliyyatı həyata keçirməkdə şübhəli bilinən 4 nəfər Zahidan şəhərinin girişindəki nəzarət-buraxılış məntəqəsində ələ keçib. Qeyd edək ki, Sistan-Bəlucistan İran üçün gərginlik mənbələrdəndir. Bu əyalət Əfqanıstan və Pakistanla həmsərhəddir. Hər üç ölkənin sərhədində əsasən, bəluclar yaşayır.
AzVision.az
Teqlər:
SEPAH