Finlandiya parlamenti NATO-nu seçdi

    Finlandiya parlamenti NATO-nu seçdi
  23 Aprel 2022    Oxunub:666
Finlandiya parlamenti NATO-ya üzv olmağa səs verib.
AzVision.az xəbər verir ki, müvafiq qərarı Finlandiya parlamentinin 121 deputatı dəstəkləyib. Cəmi 12 deputat NATO-ya üzvlüyün əleyhinə səs verib.

Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko aprelin 14-də bildirib ki, İsveç və Finlandiyanın NATO-ya daxil olması hərbi sahədə vəziyyəti pisləşdirəcək və ən arzuolunmaz nəticə verəcək. Onun sözlərinə görə, İsveç və Finlandiyanın neytral statusu onların Avropa İttifaqına yaxınlaşmasına və sonra ona üzvlüyə mane olmadı: “Şimali Avropada yaşayan xalqların fundamental maraqları baxımından hazırkı vəziyyət qorunmalıdır. Bu, hərbi sahədə vəziyyəti ciddi şəkildə pisləşdirəcək və qaçılması vacib ən arzuolunmaz nəticələrə gətirib çıxaracaq”.

A.Qruşko vurğulayıb ki, İsveç və Finlandiya NATO-ya daxil olarsa, Rusiya təhlükəsizlik və müdafiəsini təmin etmək üçün bir sıra tədbirlər görməyə məcbur olacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti