İlham Əliyev israilli naziri qəbul etdi

   İlham Əliyev israilli naziri qəbul etdi
  25 Aprel 2022    Oxunub:442
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də İsrailin maliyyə naziri Aviqdor Libermanı qəbul edib.
AzVision.az xəbər verir ki, görüşdə Azərbaycan ilə İsrail arasında bu il diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd edildiyi vurğulanıb, son dövrlərdə qarşılıqlı səfərlərin intensivliyinin və dinamikasının artması, həmçinin İsraildə Azərbaycan ticarət nümayəndəliyinin fəaliyyət göstərməsi və Turizm Mərkəzinin açılması müsbət amil kimi qiymətləndirilib.

Söhbət zamanı iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi və enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

AzVision.az

Teqlər: İlham-Əliyev  







Xəbər lenti