ABŞ 16 ölkəyə hərbi yardım etdi

   ABŞ 16 ölkəyə hərbi yardım etdi
  25 Aprel 2022    Oxunub:847
ABŞ dövlət katibi Entoni Blinken və Pentaqon katibi Lloyd Ostin Kiyevə elan olunmamış səfər zamanı bildiriblər ki, Vaşinqton Ukrayna və digər 15 Avropa ölkəsi üçün 713 milyon dollar hərbi maliyyə ayıracaq.
AzVision.az xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.
Ukrayna bu vəsaitin 322 milyon dollarından çoxunu alacaq, qalan məbləğ Şərqi və Mərkəzi Avropa, Balkan ölkələri, o cümlədən onların arsenalında olan silahları Kiyevə ötürən ölkələr arasında bölüşdürüləcək.

Eyni zamanda, yardım silahların hazır partiyaları şəklində deyil, maliyyə tranşı şəklində gələcək və bunun üçün adıçəkilən ölkələr onlara lazım olan döyüş sistemləri və texnikasını ala biləcəklər.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti