Qərb Hindistana hərbi texnika satışını artırmağı hədəfləyir

   Qərb Hindistana hərbi texnika satışını artırmağı hədəfləyir
  25 Aprel 2022    Oxunub:986
Hindistanda səfərdə olan Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Lyeyen Yeni Dehli ilə Avropa hərbi texnikasının satışının artırılmasını və azad ticarət sazişi üzrə danışıqların bərpasını müzakirə edəcək.
AzVision.az xəbər verir ki, bu barədə NDTV kanalı adı açıqlanmayan yüksək vəzifəli Aİ rəsmisinə istinadən məlumat verib.
Lyeyen Hindistanın baş naziri Narendra Modi ilə görüşəcək. Onun səfəri Qərbin Hindistanı Ukraynada hərbi əməliyyata başladığı üçün Rusiya ilə əlaqələrini kəsməyə təşviq etmək səylərinin bir hissəsidir.


İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Qərb   Hindistan  





Xəbər lenti