İnternetdə narkotik satanlar 12 ilədək həbs olunacaq

   İnternetdə narkotik satanlar 12 ilədək həbs olunacaq
  26 Aprel 2022    Oxunub:744
Azərbaycanda internet vasitəsilə narkotik satanları 12 ilədək həbs cəzası gözləyir.
AzVision.az xəbər verir ki, bu məsələ parlamentin bu gün keçirilən iclasında Cinayət Məcəlləsinə dəyişikliklərdə əksini tapıb.

Dəyişikliklə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma kütləvi informasiya vasitələrindən, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədildikdə 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Sənəd layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti