İsveç Aİ-dən Ukraynaya hərbi yardıma görə təzminat tələb edir

İsveç Aİ-dən Ukraynaya hərbi yardıma görə təzminat tələb edir
  27 Aprel 2022    Oxunub:273
İsveç hökuməti Avropa İttifaqından Ukraynaya silah və hərbi texnika tədarükünə görə təzminat istəyib.
AzVision.az -ın məlumatına görə, bu barədə TASS İsveç radiosuna istinadən xəbər verir. Martın sonunda İsveç parlamenti minatəmizləmə avadanlığının və 21,7 milyon dollar dəyərində beş min ədəd birdəfəlik tank əleyhinə qumbaraatanların Ukraynaya təhvil verilməsini təsdiqləyib.

Daha sonra Ukrayna Mərkəzi Bankının fonduna ölkənin silahlı qüvvələrinə dəstək üçün 52,63 milyon dollar göndərildiyi bildirilib.


AzVision.az

Teqlər: Ukrayna   silah  







Xəbər lenti