İrəvanda etirazçılar yoldan keçən holdinq rəhbərini döydülər - VİDEO

         İrəvanda etirazçılar yoldan keçən holdinq rəhbərini döydülər -   VİDEO
  28 Aprel 2022    Oxunub:1108
Dünən gecə İrəvanda təşkil olunan etiraz aksiyası zamanı "Antares" holdinqinin rəhbəri Armen Martirosyan döyülüb. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Bir neçə müxalifətçinin hücumunu əks etdirən videoda Martirosyanı qəzəbli kütlənin əlindən polislərin aldığı görünür.
Paşinyana qarşı aksiyalarda 50-dən çox adam saxlanılıb
"İnsidentin qarşısı tez bir zamanda alınıb. Martirosyanın sözlərinə görə, o aksiya iştirakçısı olmayıb, sadəcə mitinq təşkil edilən ərazidə dayanıbmış. Zərərkəçən hansı səbəbdən hücuma məruz qaldığını da izah edə bilməyib. Martirosyan hadisə ilə bağlı açıqlama verərkən “Küçədə dayanıb bir tanışı gözləyirdim. Kütlənin arasından kimlərsə məni gördü və bundan sonra söyüb üstümə butulka atmağa başladılar. Nə qədər ki, dayanıb onlara baxırdım, heç kim mənə yaxınlaşmağa cürət etmirdi. Polisə məni qorumaq üçün müraciət etdim. Onlar tez bir zamanda ərazidən uzaqlaşmağımı əmr etdilər. Polisin tələbinə tabe olub getdim. Amma quldur dəstəsi arxadan mənə hücum etdi. Hazırda yaxşıyam.Onu da deyim ki, Ermənistanda fikir və söz azadlığı yoxdur” deyib. Qeyd edək ki, bir neçə gündür İrəvanda insidentlərlə bitən etiraz aksiyaları keçirilir", - məqalədə yazılıb.

Xatırladaq ki, "Antares" holdinqinin rəhbəri Armen Martirosyan iki il öncə Facebookda etdiyi qalmaqallı paylaşımı ilə də gündəmə gəlmiş və ermənilərin sərt hücumuna məruz qalmışdı. O yazmışdı ki, "26 il əvvəl başqa xalqın ölkəsinə girib, orada ağalıq etmişik, ev tikmişik, mədənləri istismar eləmişik. İndi yiyəsi gəlib, deyir ki, çıxın. Biz isə deyirik ki, bu razılaşmalara daxil deyil. Budur sizin səviyyəniz?".

Tural Tağıyev
AzVision.az



Teqlər:   Aksiya   İrəvan  





Xəbər lenti