“Bakıda qəzalı binaların sayı 1000-ə yaxınlaşır” - Eldar Əzizov
“Bu məsələni daha dərindən öyrənmək məqsədilə artıq komissiya yaradılıb. Komissiyaya vaxt ayrılıb. Bir ay ərzində rayon icra hakimiyyətinin fəal iştirakı ilə onlar məlumatı toplayıb bizə təqdim etməlidirlər”.
İcra başçısı qeyd edib ki, nə az nə çox qəzalı vəziyyətdə olan binaların sayı 1000-ə yaxınlaşır:
“Orta hesabla hər binada 100-200-ə qədər ailə məskunlaşır. Bu məsələ bu gün kəskin olaraq gündəlikdə durub. Baxmayaraq ki, son illər Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq bu binaların sayı 30 % azalıb. Bu da bir nailiyyətdir. Amma yenə deyirəm qəzalı vəziyyətdə olan binaların sayı çoxdur və bu proses canlı prosesdir və bunu uzun illərə planlaşdırırıq. İlkin olaraq kritik vəziyyətdə olan qəzalı binalardan başlamalıyıq”.
AzVision.az
Teqlər: Bakı