Azərbaycan səfirliyi Kiyevdə fəaliyyətini bərpa edib

   Azərbaycan səfirliyi Kiyevdə fəaliyyətini bərpa edib
  29 Aprel 2022    Oxunub:626
Aprelin 29-dan etibarən Azərbaycanın Ukraynadakı səfirliyi Kiyev şəhərində fəaliyyətini bərpa edib.
Bu barədə AzVision.az -a Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. XİN bildirib ki, səfirliyin ünvanı dəyişməyib və aşağıdakı kimidir:

"Ünvan: Kiyev şəhəri, Qlıboçitskaya küçəsi 24

Telefon: +380 44 484 69 40

Faks: +380 44 484 69 32


Səfirliyin konsulluq şöbəsi təhlükəsizlik şəraiti nəzərə alınmaqla 30 aprel tarixindən başlayaraq aşağıdakı qrafik üzrə hər gün işləyəcək:

Müraciətlərin qəbulu - 10:00-13:00

Hazır sənədlərin verilməsi - 15:00-18:00

Səfirliyin Konsulluq şöbəsi ilə +380 73 505 00 00 nömrəsi vasitəsilə əlaqə saxlamaq olar.


Vətəndaşların diqqətinə çatdırırılır ki, səfirliyin Lvov şəhəri Fedkoviça 60a ünvanında yerləşən müvəqqəti ofisində mümkün konsulluq xidmətlərinin göstərilməsi 6 may 2022-ci il tarixinədək eyni qrafiklə davam etdiriləcək. Səfirliyin Lvov şəhərində ofisi ilə +380 99 408 99 43 nömrəsi ilə əlaqə saxlamaq olar.

Həmçinin diqqətə çatdırılır ki, vəziyyətlə əlaqədar müvəqqəti olaraq Azərbaycanda verilmən sənədlərin səfirlikdə yenilənməsi fiziki olaraq mümkün deyil".

AzVision.az



Teqlər: Kiyev  





Xəbər lenti