Panamada kriptovalyutaların istifadəsinə icazə verilir

Panamada kriptovalyutaların istifadəsinə icazə verilir
  29 Aprel 2022    Oxunub:936
Panama Milli Assambleyası (birpalatalı parlament) cümə axşamı Mərkəzi Amerika ölkəsində kriptovalyutaların istifadəsini və kommersiyalaşdırılmasını tənzimləyən qanun layihəsini təsdiqləyib.
Bu barədə AzVision.az “Reuters”ə istinadən xəbər verir. Qeyd edilir ki, qəbul edilmiş normalar kriptovalyutalarla vergilərin ödənilməsi imkanları açır, həmçinin kriptoaktivlərin ticarətini və istifadəsini, rəqəmsal qiymətli kağızların emissiyasını və yeni ödəniş sistemlərinin işə salınmasını tənzimləyir.

Qanun layihəsini 38 deputat dəstəkləyib, iki deputat bitərəf qalıb, deputatlardan heç biri əleyhinə səs verməyib. Sənəd imzalanmaq üçün Panama prezidenti Laurentino Kortisoya təqdim edilib.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Panama  





Xəbər lenti