Jan Mişel Brun: “Azərbaycan Prezidentinin çıxışı məni çox təsirləndirdi”

      Jan Mişel Brun:    “Azərbaycan Prezidentinin çıxışı məni çox təsirləndirdi”
  29 Aprel 2022    Oxunub:366
“Prezidentin 3 saat çox aydın şəkildə, heç bir qeyd olmadan çıxışı məni çox təsirləndirdi".
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Cənubi Qafqaz: İnkişaf və Əməkdaşlıq” adlı beynəlxalq konfransa qatılan Fransanın “Musulmans en France” xəbər portalının təsisçisi və baş redaktoru Jan Mişel Brun deyib.

"Onun Qarabağ məsələsi ətrafında dedikləri, qonşu ölkələr İran, Rusiya, Türkiyə, Ermənistan və hətta Avropa ilə əlaqələr haqqında açıqlamaları çox dəqiq və maraqlı idi. Bildiyiniz kimi, Fransada təxminən 700 min insandan ibarət çox güclü erməni diasporu var. Və bizim siyasətçilərin Ermənistanı dəstəkləməsinin səbəbi də məhz budur. Amma düşünürəm ki, Fransada prezident seçkiləri başa çatdıqdan sonra, onlar unudulacaqlar və biz Azərbaycanla Fransa arasında çox güclü münasibətlər quracağıq, mən bundan əminəm. Fransa Prezidenti Minsk Qrupunun həmsədridir. Amma görünür ki, bu qrup artıq ölür və ya ölüb, lakin bir məsələ var ki, əgər Azərbaycan Fransa ilə anlaşa bilsə, bu bütün Avropa ilə anlaşa bilmək anlamına gələcək. Bu çox vacib və fikrimcə, çox asandır. Çünki hətta mədəniyyətlərimizə baxsaq, Azərbaycan və Fransa çox yaxındırlar”, - qeyd edib.

Jan Mişel Brun Şuşa haqqında kitab yazdığını da vurğulayıb.

AzVision.az

Teqlər:







Xəbər lenti