Tallində "Tunc Əsgər" abidəsi təhqir edildi

   Tallində  "Tunc Əsgər"  abidəsi təhqir edildi
  29 Aprel 2022    Oxunub:992
Tallin hərbi qəbiristanlığında Böyük Vətən Müharibəsi hərbçilərinin şərəfinə ucaldılmış və "Tunc Əsgər" kimi tanınan abidə təhqir edilib. AzVision.az xəbər verir ki, bu barədə yerli "Postimes" qəzeti polis rəisi İnna Toaterə istinadən məlumat yayıb.
Yunanıstanda rus admiralın abidəsi təhqir edildi - FOTO
Bildirilir ki, vandallar abidənin divarına yazılar yazıblar. Onun sözlərinə görə, divara sarı boya ilə ukraynayönlü şüarlar və svastika da çəkilib. Hazırda memorial təmizlənib.

- Videoçəkiliş vasitəsilə müəyyən etdik ki, vandalizm aktı gecə saatlarında iki nəfər tərəfindən törədilib. Biz cinayətkarların kimliyini müəyyən etmək üçün təhlükəsizlik kameralarındakı görüntüləri araşdıracağıq, - Toater deyib.

Qeyd edək ki, Rusiyanın Ukrayna ərazisinə müdaxiləsindən sonra bir sıra ölkələrdə oxşar addımlar atılır. Baltikyanı ölkələdə isə Sovet abidələri ilə bağlı bu cür arzuolunmaz davranışlar bir neçə dəfə təkrarlanıb.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Abidə   Tallin  





Xəbər lenti