Ukraynada uşaq olmaq: Tərk edilmiş rus zirehli maşınları əyləncəyə çevrildi

      Ukraynada uşaq olmaq:    Tərk edilmiş rus zirehli maşınları əyləncəyə çevrildi
  30 Aprel 2022    Oxunub:979
Rusiyanın hərbi müdaxiləsi nəticəsində bölgədə tərk edilmiş tank və zirehli texnikalar ukraynalı uşaqların əyləncəsinə çevrilib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Ukraynanın paytaxtı Kiyev, Çerniqov kimi digər şəhərlər vurulan və məhv edilən rus zirehli texnikası ilə doludur. Müharibənin dəhşətlərini əks etdirən bu maşınlar məsum uşaqların əyləncəsinə çevrilib. Ukraynalı uşaqlar xaricdəki həmyaşıdları kimi parklarda deyil, bu maşınlarda oynayırlar. Bu, ən qorxulu yerlərdə belə günahsız əyləncələrin baş verə biləcəyinin kədərli göstəricisidir.




Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti