Ancelina Coli Lvovda bomba sığınacağına qaçdı - VİDEO

   Ancelina Coli Lvovda bomba sığınacağına qaçdı -    VİDEO
  01 May 2022    Oxunub:1232
Hollivud ulduzu Ancelina Coli Lvovda qatar stansiyasına gedərkən raket hücumu ilə bağlı şəhərdə xəbərdarlıq siqnalı səslənib. Könüllülər dərhal Coliyə daha təhlükəsiz yerə getməyi təklif ediblər və aktrisa izdihamla birlikdə bomba sığınacağına qaçmalı olub.
Aktrisa hər şeyin qaydasında olduğunu və qorxmadığını bidirib.

Qeyd edək ki, Ancelina Coli Rusiyanın Ukraynaya müdaxiləsinin ilk günündən müharibəni pisləyir. Üstəlik, o, dəfələrlə müharibədən əziyyət çəkən uşaqlar, eləcə də xərçəng xəstələri ilə görüşüb. Hazırda onun Lvova səfərinin məqsədi humanitar yardımın təşkilinə yardım etməkdir.



AzVision.az


Teqlər: Ukrayna  





Xəbər lenti