Sərxoş avtobus sürücüsü 3 avtomobili vurdu - Fotolar

   Sərxoş avtobus sürücüsü 3 avtomobili vurdu -    Fotolar
  01 May 2022    Oxunub:1213
Bu gün Binəqədi rayonunda marşrut avtobusu zəncirvari yol qəzası törədib.

Nəticədə “VAZ”, “KİA” və “Hyundai” markalı atomobillərə ziyan dəyib. “KİA” markalı maşına daha çox ziyan dəyib və tam yayarsız hala düşüb.

Bildirilir ki, 165 saylı marşrut xətti Mehdiabad-Yasamal istiqamətində fəaliyyət göstərsə də, bu gün günorta saatlarında xəttə məxsus 10 TH 030 nömrə nişanlı avtobusun sürücüsü nahar etmək üçün nəqliyyat vasitəsi ilə birlikdə Sulutəpədəki evə gedib.

AzVision.az -ın məlumatına görə, 165 saylı marşrut xəttinə məxsus olan 10 TH 030 dövlət qeydiyyat nişanlı, “Daewoo” markalı sərnişin avtobusu Sulutəpə qəsəbəsində yolun kənarında dayanmış üç minik avtomobilini vurub.
Evdə nahar etdikdən sonra sürücü sərxoş vəziyyətdə avtobusu idarə edərək işə qayıtmaq istəyib və qəsəbə ərazisində zəncirvari qəza törədib.

Faktla bağlı araşdırmalar aparılır.

("Qafqazinfo")





AzVision.az




Teqlər:





Xəbər lenti