Parisdə aksiya - Polislə radikallar arasında toqquşma olub

      Parisdə aksiya    - Polislə radikallar arasında toqquşma olub
  01 May 2022    Oxunub:841
Fransada həmkarlar ittifaqları və sol qüvvələr genişmiqyaslı aksiyalar keçirib. Nümayişçilər hökumətdən işçilərin hüquqlarına hörmət edilməsi və hər şeydən əvvəl pensiya islahatları keçirilməsini tələb edib. Aksiyaçılar həmçinin pensiya yaşının azaldılmasına çağırıblar.

Polislə nümayişçilər arasında toqquşmalar başlayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları bir neçə dəfə gözyaşardıcı qazdan istifadə ediblər.

Toqquşma Volter bulvarında baş verib. Etirazçılar polisə tüstü bombaları, şüşə butulkalar və daşlar atmağa başlayıblar. Onlar bir neçə zibil qabını yandırıblar. Buna cavab olaraq asayiş keşikçiləri bir neçə dəfə gözyaşardıcı qazdan istifadə ediblər. Yanğınsöndürənlər yanan çənlərin olduğu yerə gəliblər.

Nümayişə qoşulan “Qara blok”un radikal gəncləri polisi təxribata çəkməyə başlayıb. Onlar hüquq-mühafizə orqanlarının əməkdaşlarına qılınc, daş, şüşə butulkalar atıb, sonra Volter bulvarında kafelərin, daşınmaz əmlak agentliklərinin, bankların, apteklərin və digər binaların şüşələrini sındırmağa başlayıblar. Bulvar boyu bir neçə avtobus dayanacağının şüşələrini də sındırıblar. Dağıdılmış marketlərdən oğurluq edilməyə başlanılıb. Etirazçılardan saxlanılanlar var.

AzVision.az


Teqlər:





Xəbər lenti