Şuşa şəhərində fəaliyyət göstərən modul tipli xəstəxanada ötən il ərzində 1 256 pasiyent qəbul edilib.
AzVision.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib. Onun sözlərinə görə, burada təcili tibbi yardım, poliklinika, laboratoriya, funksional diaqnostika, stasionar və reanimasiya şöbələri fəaliyyət göstərir.