Ukraynanı 5,5 milyondan çox insan tərk edib

   Ukraynanı 5,5 milyondan çox insan tərk edib
  02 May 2022    Oxunub:1066
Rusiyanın hərbi müdaxiləsi nəticəsində bu günədək Ukraynanı tərk edənlərin sayı 5,5 milyonu ötüb.
AzVision.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının müvafiq saytında yerləşdirilən məlumatda qeyd edilib.

Bildirilib ki, insanların böyük əksəriyyəti Şengen müqaviləsi ölkələrinə (Macarıstan, Polşa, Slovakiya) gedib. Ölkələr arasında sərhəd nəzarətinin olmaması səbəbindən onların Avropada sonrakı hərəkəti barədə dəqiq məlumat yoxdur.

Məlumatda qeyd edilib ki, bu günədək 3 milyon 56 min 826 ukraynalı Polşaya, 825 min 874 nəfər Rumıniyaya, 530 min 157 nəfər Macarıstana, 447 min 604 nəfər isə Moldovaya gedib. Daha 379 447 nəfər Slovakiyaya gedib.

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti