Komissar: “Qazın rublla ödənilməsi sanksiyaların pozulmasıdır”

      Komissar:    “Qazın rublla ödənilməsi sanksiyaların pozulmasıdır”
  02 May 2022    Oxunub:719
Avropa Komissiyası (AK) Rusiya qazının rublla ödənilməsini sanksiyalar rejiminin pozulması hesab edir, lakin yaxın günlərdə Avropa İttifaqının (Aİ) şirkətlərinə mümkün tədbirlərlə bağlı ətraflı izahat veriləcək.
AzVision.az xəbər verir ki, bunu Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson deyib.

“Rublla ödəniş etmək və “Qazprombank”da ikinci hesab açmaq sanksiyaların pozulması olacaq və qəbul edilə bilməz. Avropa İttifaqı Şurası həmrəylik və birliyə ehtiyac olduğunu bəyan etdi. Mən nazirlərə söz verdim ki, xidmətim Avropa Komissiyası və Aİ Şurasının hüquq xidmətləri ilə birlikdə şirkətlərin sanksiyalar altında nə edə biləcəyinə dair daha ətraflı təlimatlar hazırlayacaq”-, deyə o qeyd edib.


AzVision.az



Teqlər: Rubl   Qaz  





Xəbər lenti