İrəvanda mitinq - Vanetsyanın mətbuat katibi saxlanıldı - VİDEO

      İrəvanda mitinq    - Vanetsyanın mətbuat katibi saxlanıldı -    VİDEO
  03 May 2022    Oxunub:792
Ermənistanda vəziyyət gərginləşib. AzVision.az xəbər verir ki, bu gün səhər saatlarından başlayaraq müxalifət fəalları paytaxt küçələrində hərəkəti iflic etməyə çalışıblar.
Robert Köçəryanın oğlu saxlanıldı - VİDEO (Yenilənib)
Nümayişçilər İrəvanın mərkəzindəki Baqramyan prospektində evakuator saxlayaraq avtomobillərin hərəkətini dayandırıblar. Hadisə yerinə cəlb edilən polislər isə radikal şüarlar səsləndirən müxalifətçiləri saxlayıblar.

"Hadisə yerinə gələn polis etirazçıları ərazidən qovub. Dava düşüb və daha sonra bir neçə nəfər saxlanılarq bölmələrə aparılıb. Bölməyə gətirilənlər arasında Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyanın rəhbərlik etdiyi hərəkatın mətbuat katibi Sos Akopyan da var", - yerli saytlar yazıb.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Aksiya  





Xəbər lenti