"Yararsız döyüş sursatlarının utilizasiyası keçiriləcək" - MN

   "Yararsız döyüş sursatlarının utilizasiyası keçiriləcək" -    MN
  03 May 2022    Oxunub:977
Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.
Bu barədə AzVision.az - a Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, döyüş sursatlarının utilizasiya prosesi mayın 4-dən 7-dək Seyfəli poliqonunda həyata keçiriləcək.

Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti