Tokayev Türkiyəyə gedəcək

Tokayev Türkiyəyə gedəcək
  03 May 2022    Oxunub:1387
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 10-11 may tarixlərində Türkiyəyə rəsmi səfərə getməyi planlaşdırır.
AzVision.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti Tokayevin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla telefon danışığından sonra məlumat yayıb.

"Rəcəb Tayyib Ərdoğan bildirib ki, Kasım-Jomart Tokayevin mayın 10-11-də Türkiyəyə planlaşdırılan dövlət səfəri ölkələr arasında hərtərəfli strateji tərəfdaşlığın genişləndirilməsində mühüm mərhələ olacaq. Dövlətimizin başçısı məsələyə bu yanaşma ilə razılaşıb. Qarşıdakı danışıqlar Ankarada olacaq”, - rəsmi məlumatda deyilir.

AzVision.az


Teqlər:





Xəbər lenti