"9 PUA vurmuşuq" - Rusiyalı general

"9 PUA vurmuşuq" -    Rusiyalı general
  04 May 2022    Oxunub:691
Rusiya hava hücumundan müdafiə bölmələri Ukraynaya məxsus 9 pilotsuz uçan aparatı(PUA), o cümlədən "Bayraktar" zərbə pilotsuz təyyarəsini məhv edib.
AzVision.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov məlumat verib.

- Hava hücumundan müdafiə sistemləri Xarkov vilayətinin İzyum, Topolnoe, Malaya Kamışevaxa, Russkiye Tişki, Brajkovka, Nikolayev vilayətinin Zeleni Qay və Luqanskın Novokrasnyanka yaşayış məntəqələrində doqquz pilotsuz uçuş aparatını məhv edib. O cümlədən Xarkov vilayətinin Aleksandrovka rayonunda "Bayraktar-TB2" vurulub, - general deyib.

O, həmçinin qeyd edib ki, Velikaya Kamışevaxa qəsəbəsi ərazisində havada “Smerç” reaktiv yaylım atəşi sisteminin dörd raketi vurulub.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti