Kirkorov Müslüm Maqomayevin mahnısını eşidib kövrəldi - VİDEO

   Kirkorov Müslüm Maqomayevin mahnısını eşidib kövrəldi -    VİDEO
  04 May 2022    Oxunub:240
Rusiyanın "NTV" kanalında yayımlanan dünyaca məşhur "Mask" musiqili televiziya şousunun üçüncü mövsümü başa çatıb.
AzVision.az xəbər verir ki, layihədə "Əjdaha" maskası altında gizlənən Rusiyanın Əməkdar artisti, opera müğənnisi İldar Abdrazakov qələbə qazanıb. O, finalda Xalq artisti Müslüm Maqomayevin əsas lirik hitlərindən olan “Melodiya”nı ifa edərək münsifləri kövrəldib.

Rusiyanın Xalq artisti Filipp Kirkorov musiqini dinlədikdən sonra xatirələrini yada saldığını və əgər bu mahnı olmasaydı bəlkə də valideynlərinin heç vaxt görüşməyəcəyini vurğulayıb. Kirkorovun sözlərinə görə, atası məhz şəhərlərin birində birgə qastrol səfəri zamanı gələcək həyat yoldaşı ilə tanış olub:

“Anam mənim ad günümdə vəfat edib, dünən mənim yubileyim və anamın xatirə günü idi. Müslüm Maqomayevin bu ifası isə onun sevimli mahnısı olub".

O, Maqomayevin sözügedən mahnısını əfsanəvi adlandırıb və qeyd edib ki, bu bəstə ilə bağlı hər kəsin öz xatirələri var.

Bundan başqa, münsif kürsüsündə əyləşən bloger, teleaparıcı Regina Todorenko bildirib ki, məhz bu mahnı bir vaxtlar M.Maqomayevi küsülü olduğu həyat yoldaşı ilə barışdırıb:

“Onlar evliliklərində böhranı yaşayırdılar, amma, o, həyat yoldaşına telefonda bu mahnını oxuyub və barışıblar. Onların əbədi sevgisi belə yaranıb"./Axşam.az



AzVision.az

Teqlər:







Xəbər lenti