“Feniks” Sağlam Həyat Təbliği İctimai Birliyi tərəfindən sosial çarx çəkilib

“Feniks” Sağlam Həyat Təbliği İctimai Birliyi tərəfindən sosial çarx çəkilib
  04 May 2022    Oxunub:1216
Gənclərin narkomaniya, narkotik vasitələrin qanunsuz dövriyyəsi barədə məlumatlandırılması məqsədilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarina Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Feniks” Sağlam Həyat Təbliği İctimai Birliyi tərəfindən maarifləndirici çarx çəkilib.
Sosial çarxda narkotik maddələrdən istifadə edən bir gəncdən söhbət açılır. Həyatı uçuruma yuvarlanan bu gənc özünü toplayıb vəziyyəti atasına danışaraq, ondan kömək istəyir. Ailəsinin dəstəyi ilə gənc müalicə olunaraq, yeni həyata başlayır.

Çarxda bir gəncin elədiyi səhv və ailəsinin dəstəyi ilə müalicə olunması süjeti narkotik maddə istifadəçilərinə ünvanlanır ki, onlar da belə bir yol seçsinlər, müalicə olunaraq sağlam həyat yaşasınlar.



AzVision.az


Teqlər:





Xəbər lenti