İrəvanda daha bir polis zorakılığı - VİDEO

   İrəvanda daha bir polis zorakılığı -    VİDEO
  05 May 2022    Oxunub:1492
Ermənistanda etiraz aksiyaları davam edir. AzVision.az xəbər verir ki, bir müddət öncə paytaxt İrəvanda təşkil olunan mitinqdə daha bir polis zorakılığı baş verib.
Qeyd edilir ki, “Nikolsuz Ermənistan” şüarları ilə Fransa meydanından yolun hərəkət hissəsi ilə Abovyan küçəsinə doğru hərəkət edən yürüş iştirakçılarını bir neçə dəqiqə ərzində sayı xeyli artan polis müşayiət edib. Daha sonra əraziyə “qırmızı beretlilər” cəlb edilib.

"Deputat Qeqam Manukyan tərəfdarlarını yerdə oturmağa çağırsa da, bu, hüquq-mühafizə orqanları əməkdaşlarının fəaliyyətinə mane olmayıb. Bir çox etirazçı, o cümlədən istefada olan polis polkovniki Sayat Şirinyan sərt şəkildə saxlanılıb", - məqalədə yazılıb.



- Budur onların demokratiyası?! Dinc yürüş iştirakçıları heç bir izahat verilmədən təzyiqlərə məruz qalırlar. Nikol "qırmızı beretlilər"in arxasında gizlənir və heç bir səlahiyyəti olmayan əmrlər verir,- aksiyada iştirak edən deputat Anna Qriqoryan deyib.



Tural Tağıyev
AzVision.az



Teqlər: Aksiya   İrəvan  





Xəbər lenti