Bir qrup jurnalist “Akkord”un rəhbərinə müraciət edib

Bir qrup jurnalist    “Akkord”un rəhbərinə    müraciət edib
  05 May 2022    Oxunub:5508
Azərbaycan mediasının bir qrup təmsilçisi “AKKORD STİK”ASC-nin direktoru Vüqar Süleymanova müraciət ünvanlayıb. Jurnalistlər bildiriblər ki, həmkarları, Xırdalan şəhəri, Abşeron Gənclər Şəhərciyi, blok 39, 17 saylı mənzildə yaşayan Zahir Əliyevin mənzili ətrafında yaranmış problem onları ciddi şəkildə narahat edir.
Müraciətdə deyilir ki, Zahir Əliyev 2006-cı ildən “Lider” televiziyasında Analitik Proqramlar Departamentinin rejissoru işləyib. Həmin müddətdə efirə gedən müxtəlif ictimai-siyasi layihələrin rejissoru olub. Ulu Öndər Heydər Əliyev haqqında filmlərin hazılanmasında zəhmət çəkib. Fəaliyyəti dövründə bir çox yerli və beynəlxalq festivalların qalibi olub. Rejissor kimi fəaliyyətə başladığı gündən dövlət maraqlarını üstün tutmaqla yanaşı, Prezident İlham Əiyevin siyasi kursuna xidmət edib. Hazırda Azərbaycan Respublikası Kinomatoqrafçılar ittifaqının üzvüdür.

Bütün bu fəaliyyətini nəzərə alaraq, 2008-ci ildə Ulu Öndər Heydər Əliyevin 85 illik yubileyi ilə əlaqədar Dövlət Başçımız cənab İlham Əiyevin adından Lider TV-nin bir qrup əməkdaşı ilə yanaşı, ona da mənzil hədiyyə edilib.
Mənzil “AKKORD STİK”ASC–nin Xırdalanda yerləşən Gənclər Şəhərciyindəki yaşayış kompleksindən verilib.

O, hədiyyə edilən mənzili bankdan kredit götürərək təmir etdirib və 10 ildən çoxdur, 5 nəfərlik ailəsilə orada yaşayır. Mənzil hədiyyə edilən 40 nəfərdən 39-nun borcu Lider TV tərəfindən 55 min 380 azn ödənilərək, tam bağlanıb. Növbə Zahir Əliyevə çatanda nəyə görəsə qəribə bir anlaşılmazlıq yaranıb. Belə ki, Lider TV-nin 2008-2017-ci illərdə 60 min manat ödəməsinə baxmayaraq, AKKORD STİK ASC-nin rəhbərliyi onunla yeni müqavilə bağlamayıb.

“Müqavilə üzrə yaranmış problemin aradan qaldırılmasına köməklik göstərməyinizi sizdən xahiş edirik. İnanırıq ki, Azərbaycan mediasında zəhməti və xidməti olmuş bir şəxsin mənzil kimi həssas sosial probleminə biganə qalmayacaqsınız”,- jurnalistlərin müraciətində bildirilir.

Müraciəti bu şəxslər imzalayıblar:

1. İsgəndərov Sahil Məmməd oğlu (Əməkdar jurnalist)
2. Abbasova Ətayə Ələmdar qızı (AzTv-nin “İctimai-siyasi proqramlar” redaksiyasında Baş redaktorun müavini)
3. Qafarova Aynurə Vəli qızı (Əməkdar jurnalist)
4. Dərziyeva Elnarə Bəxtiyar qızı (Əməkdar jurnalist)
5. Ağamirli Mətanət Mirsadiq qızı (Əməkdar jurnalist)
6. Abbasov Vahid (Əməkdar jurnalist)
7. Vəli Əkbər (“Bizim Media” informasiya agentliyinin redaktoru)
8. Hüseynova Mehriban Bəylər qızı (Xəbəraz.az saytının redaktoru
9. Məmmədov Vüsal Fəxrəddin oğlu (AzVision.az saytının baş redaktoru, əməkdar jurnalist)
10. Əliyev Əhmədağa Orucəli oğlu (televiziyaçı, yazıçı-dramaturq)
11. Məmmədov Seymur Fərhad oğlu (Vzqlyad.az saytının baş redaktoru)
12. Mahmudov Əhməd Fikrət oğlu (Qarabağa Dönüş Təşkilatının Media və kommunikasiya şöbəsinin müdiri)
13. Ağamirov Vasif Alp oğlu (Redaktor)
14. Bektaş Vuqar Çankay oğlu (Redaktoru)
15. Cəfərova Günay Xoşbəxt qızı (aparıcı)
16. Xanlarova Ülkər Firuddun qızı (rejissor)
17. Qarayeva Ülviyyə Hüseyn qızı (müxbir)
18. Nuriyev Kamal Ədalət oğlu (rejissor)
19. Tahirov Rövşən Şakir oğlu (müxbir)
20. Gözəlova Günel Salam qızı (teleaparıcı)
21. Balabəyov Mehman Davud oğlu (jurnalist)
22. Zeynalov Babək Adəm oğlu (Media Təhlil Mərkəzinin əməkdaşı, jurnaist)
23. Fətullayev Bəxtiyar Balamirzə oğlu (redaktor)
24. Paşayeva Günay Rauf qızı
25. Novruzəliyev Əli Rahim oğlu (telejurnalist)
26. Quliyeva Şəbnəm Arifqızı (jurnalist)
27. Nəzərli Günay Malikqızı (telejurnalist)
28. Ağayev Natiq Sərxan oğlu (böyük rejissor)
30. Cavadov Elşən İsmayıl oğlu (rejissor)
31. Mustafayev Nicat Qafur oğlu
32. Quliyev Orxan Tərlan oğlu
33. Babayev Elman Akif oğlu
34. Qədiməliyev Pərvin Abbasəli oğlu
35. Paşayev Əli Rauf oğlu
36. Tağıyev Nicat Mübariz oğlu
37. Aslanlı Nurlan Aslan oğlu
38. Rəhimov Ülvi Elman oğlu
39. Ələkbərov Elçin Mədət oğlu
40. Süleymanova Sevinc Cahan oğlu
41. Babayeva Fatimə Rauf qızı
42. Nurməmədova Leyla Baba qızı
43. Nəbiyev Fərhad Vaqif oğlu
44. Əsgərova Turanə Ədalət qızı
45. Əlizadə Kənan Elxan oğlu
46. Rəsulzadə Taleh Arif oğlu
47. Əlizadə Fərid Qürbət oğlu
48. Novruzov Asim Abdulxeyir oğlu
49. Babayeva Samirə Habil qızı
50. Ələkbərov Rövşən Əlövsət oğlu
51. Əzimov Vüsal Atabala oğlu
52. Həsənli Vüqar Vaqif oğlu
53. Zərbəliyeva Ayşə Davud qızı
54. Qurbanov Nurlan Vilayət oğlu
55. Səfərəliyev Ramin Nadirşah oğlu
56. Əliyev Anar Azad oğlu
57. İbrahimov Fariz Fərman oğlu
58. Qədirli Nurlan Əlsafa oğlu
59. Məmmədzadə Aqil Atif oğlu
60. Quliyeva Vəfa Təyyar qızı
61. Məmmədova Şərqiyyə Absalam qızı
62. Xəlilov İlkin Fikrət oğlu (teleaparıcı)
63. Vəliyev Əliağa Hüseyn oğlu
64. Əmirli İsmayıl Elman oğlu
65. İbrahimova Zümrüd Oqtay qızı (telejurnalist)
66. Mustafayeva Vüsalə Şirazi qızı (telejurnalist)
67. Allahverdiyev Əkbər Rasim oğlu (telejurnalist)
68. Məcidli Bəxtiyar İftixar oğlu (telejurnalist)
69. Novruzova Maya İmran qızı (telejurnalist)
70. Nəsirova Qızqayıt Firuddun qızı (rejissor)



Teqlər: AKKORD  





Xəbər lenti