Makron mayın 14-dək yeni baş naziri təyin edəcək

Makron mayın 14-dək yeni baş naziri təyin edəcək
  07 May 2022    Oxunub:214
Aprel ayında ikinci dəfə Fransa Prezidenti seçilən Emmanuel Makron mayın 14-dən tez olmayan yeni baş naziri təyin etməyi planlaşdırır.
AzVision.az xəbər verir ki, bu barədə TASS müxbirinə güc strukturlarındakı mənbə bildirib. Bu gün dövlət başçısının andiçmə mərasimində baş nazir Jan Kasteksin başçılıq etdiyi hazırkı Nazirlər Kabinetinin üzvləri iştirak ediblər. “Respublika prezidentinin ilk mandatı mayın 14-nə keçən gecə başa çatır və Kasteksin hökuməti həmin ana qədər öz vəzifələrini yerinə yetirir”.

Bundan əvvəl Jan Kasteks aprelin 24-də keçirilən prezident seçkiləri başa çatdıqdan sonra dərhal istefa vermək niyyətində olduğunu bildirmişdi. Lakin Yelisey Sarayından edilən dəqiqləşdirməyə görə o, nazirləri ilə əvvəlcədən planlaşdırdığı vida yeməyini təxirə salıb.


AzVision.az

Teqlər: Makrkon  







Xəbər lenti