ABŞ-da internet dələduzlarının ötənilki qazancları açıqlandı

   ABŞ-da internet dələduzlarının ötənilki qazancları açıqlandı
  07 May 2022    Oxunub:1208
ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) məlumatına görə, 2021-ci ildə internet fırıldaqçıları amerikalılardan ümumilikdə 6,9 milyard dollar oğurlayıblar.
AzVision.az xəbər verir ki, son bir il ərzində FTB-nin İnternet Cinayət Hesabat Mərkəzi 847 mindən çox müraciətə baxıb. Bu da ötən beş il üçün rekord göstəricidir. Müqayisə üçün: 2020-ci ildə daha az müraciət olub və onlardan ümumi zərər 4,2 milyard dollar təşkil edib.

Departament həmçinin qeyd edib ki, son beş ildə təcavüzkarların ən populyar üsulları fişinq və fırıldaqçının özlərini biznes tərəfdaşı kimi təqdim edərək şirkətləri aldatdığı “Business Email Compromise” kimi hücumlardır. 2021-ci ildə təxminən 325 000 belə hadisə qeydə alınıb ki, bu da müxtəlif şəxslərə ümumilikdə 2,4 milyard dollar ziyan vurub.

AzVision.az




Teqlər: İnternet  





Xəbər lenti