Havaya görə Xəzərdə üzən gəmilər fəaliyyətini bərpa edə bilməyib

Havaya görə Xəzərdə üzən gəmilər fəaliyyətini bərpa edə bilməyib
  09 May 2022    Oxunub:205
Xəzər hövzəsində üzən gəmilər küləkli hava şəraiti səbəbindən fəaliyyətini bərpa edə bilməyib.
AzVision.az xəbər verir ki, hazırda Xəzər dənizində dalğanın hündürlüyü 5 metrə çatır.

Sürəti 20-25 m/san çatan Şimal, Şimal-Şərq küləyi müşahidə olunur.

"Report"un əməkdaşının da göyərtəsində olduğu və mayın 5-də ilk reysə çıxan RoPax tipli "Zərifə Əliyeva" gəmi-bərəsi hazırda Qazaxıstanın Kurık limanından 5 dəniz mili (təxminən 9 km) məsafəsindən sığınacaqda gözləməkdədir. İlkin proqnoza görə, küləyin mayın 10-u günün ikinci yarısında səngiyəcək və gəmilərin hərəkətinə icazə veriləcək.

AzVision.az

Teqlər:







Xəbər lenti