İsmayıllı-Lahıc avtomobil yolunda hərəkət bərpa edilib

   İsmayıllı-Lahıc avtomobil yolunda hərəkət bərpa edilib
  09 May 2022    Oxunub:900
Bu gün baş verən torpaq uçqunu nəticəsində bağlanan Lahıc yolunda hərəkətin bərpası üçün əraziyə texnika və canlı qüvvə cəlb edilib.
AAYDA-dan AzVision.az -a verilən xəbərə görə, selin gətirdiyi torpaq, daş və ağac parçalarının çoxu təmizlənib. Yolda hərəkətin yarım saat ərzində bərpa olunacağı gözlənilir", - deyə qurum rəsmisi bildirib.

Qeyd edək ki, hadisə İsmayıllı-Lahıc-Dəmirçi-Şamaxı avtomobil yolunun keçdiyi Niyaldağ silsiləsində baş verib.

Səhər saatlarında sel nəticəsində dağlardan gələn torpaq, daş və ağac parçaları avtomobil yoluna tökülüb. Bu səbəbdən həmin yolda nəqliyyat vasitələrinin hərəkəti dayanıb.

AzVision.az



Teqlər:





Xəbər lenti