Bakıda yol polisinin təhülkəli manevrləri ilə bağlı AÇIQLAMA

   Bakıda yol polisinin təhülkəli manevrləri ilə bağlı    AÇIQLAMA
  09 May 2022    Oxunub:302
Bakıda yol polisinin xidməti avtomobillə təhlükəli manevrlər etməsi iddia olunan görüntülərə aydınlıq gətirilib.
AzVision.az xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli modern.az-a bildirib ki, yayılan görüntülərlə bağlı araşdırma aparılıb.

A.Əsgərli görüntülərin köhnə olması ilə yanaşı, “təhlükəli manevrlər”lə bağlı iddiaların həqiqəti əks etdirmədiyini diqqətə çatdırıb:



“Qeyd edim ki, operativ nəqliyat vasitələrinin hərəkəti “Yol hərəkəti haqqında” Qanunun 74-cü maddəsilə tənzimlənir. Digər tərəfdən, bu görüntülər köhnə görüntülərdir və reytinq xatirinə ortaya atılıb. Ən əsası isə polis avtomobilin sayrışan işıqlarını yandıraraq hərəkət edir. Bu Nizami rayonu Dövlət Polisi Şöbəsinə məxsus maşındır və qanunun icazə verdiyi şəkildə hərəkət edir. Bu görüntülərdə polis tərəfindən heç bir qanunsuz hərəkət yoxdur”.

DYP rəsmisi polisin adından istifadə edərək, reytinq xatirinə bu kimi yazıların yazılmasına qarşı çıxıb.

Qeyd edək ki, sosial şəbəkələrdə Bakı şəhərində yol polisi əməkdaşının xidməti avtomobillə qaydaları kobud şəkildə pozduğuna dair görüntülər yayılıb.

Məlumata görə, yol polisi Heydər Əliyev prospektində manevr qaydalarını dəfələrlə pozaraq, digər hərəkət iştirakçıları üçün təhlükə yaradıb.



AzVision.az

Teqlər:







Xəbər lenti