Hədələnən jurnalist Bakı Şəhər Baş Polis İdarəsində ifadə verib
"Digər vəzifəli şəxslər də görüşdə iştirak etdi. Mənə bildirildi ki, işin araşdırılması istiqamətində müəyyən addımlar atılıb. Hazırda araşdırma davam edir",- deyə A.Məmmədova bildirib
Jurnalist Aytən Məmmədova mayın 8-də axşam naməlum şəxsin hücumuna məruz qalıb. Hadisə ötən gecə Binəqədi rayonu, 9-cu mikrorayonda baş verib. Aytən Məmmədova yaşadığı binanın liftinə daxil olanda ortayaşlı bir kişinin hücumuna məruz qalıb.
“Boğazımdan sıxa-sıxa dedi ki, sən ağıllanmadın? Qızımın ünvanına təhdid xarakterli söz işlətdi”, – jurnalist hadisə barədə danışarkən deyib. Həmin şəxs jurnalisti adını çəkmədiyi məhkəmə işinə görə hədələyərək yazmamasını tələb edib.
A.Məmmədovanın boğazında xəsarət izi qalıb.
AzVision.az
Teqlər: