"Nə aşağısında paltar var, nə yuxarısında" - Dünya müharibəsinin 100 yaşlı iştirakçısı indiki qızlar haqqında

      "Nə aşağısında paltar var, nə yuxarısında"    - Dünya müharibəsinin 100 yaşlı iştirakçısı indiki qızlar haqqında
  09 May 2022    Oxunub:1247
Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya müharibəsi veteranı Fatma Səttarova AzVision.az -ın həmsöhbəti olub. Müsahibə zamanı Fatma xanım İkinci Dünya müharibəsi zamanı tibb bacısı kimi könüllü cəbhəyə yollanmasından, alman faşizminə qarşı döyüşlərdə şücaət göstərməsindən söhbət açıb.
100 yaşlı Fatma xanımın 4 övladından ikisi sağdır. Onun 15 nəvəsi, 25 nəticəsi var. O, təşkilata sədrlik etməklə yanaşı həm də ailədə və ictimaiyyət arasında sözü keçən ağbirçək kimi sevilir.

Söhbətimiz zamanı bir çox mövzulara toxunan bu xanım Azərbaycan qızlarına da səslənib. Onun müraciətini olduğu kimi təqdim edirik:



II Dünya Müharibəsinin 100 yaşlı iştirakçısı: "Prezidentə dedim ki, məni də Qarabağa göndərin" - VİDEO
"Mən Azərbaycan qızlarına müracət edirəm. Qızlarım, abrınızı itrməyin, abırlı-həyalı gəzin. Oğlanlarımızdan muğayat olun. Abırı itin qabağına atıblar, it üzünü çöndərib, abıra, həyaya əl vurmayıb. Bir də görürsən səsi olmayan müğənniləri efirə çıxarırlar. Nə aşağısında, nə də yuxarısında paltar var. Ayağını da qoyub ayağının üstünə oturub. Kimə nə göstərirsən? Bəs abrın, həyan haradadır?! Biz qız olmamışıq? Biz əsgər çəkmələri ilə güllə altında olmuşuq. Vətəni sevmirsən, oğlana qiymət vermirsən, bəs sən nəsən? Ayıb deyil? Gizlində saxlanmalı şeyi aşkarda göstərməzlər. Ona görə oğlanlarımız da şuluq olublar da. Ondan nə qədər görərlər. Biz belə deyildik, saf idik. Müharibədən qeyrətlə, namusla qayıtdıq".

Şahanə Rəhimli
VİDEO:Əhməd Xəlilov

AzVision.az

Teqlər:   Veteran   Ağbirçək  







Xəbər lenti