"Ukraynanın Avropa İttifaqına qəbulu onilliklər çəkəcək" - Makron

   "Ukraynanın Avropa İttifaqına qəbulu onilliklər çəkəcək" -    Makron
  09 May 2022    Oxunub:543
Fransa prezidenti Emmanuel Makron Ukraynanın Avropa İttifaqına(Aİ) qəbulu haqqında danışıb. AzVision.az xəbər verir ki, o, bu prosesin bir neçə il, hətta onilliklər çəkə biləciyini deyib.
- Biz hamımız yaxşı bilirik ki, Ukraynanın Avropa İttifaqına daxil olmasına icazə verilməsi prosesi bir neçə il, hətta düzünü desək, onilliklər çəkəcək. Təbii ki, əgər biz Avropa İttifaqına daxil olmaq üçün standartları aşağı salmağa qərar verməsək... - Makron Strasburqda Avropa Parlamentində Avropanın gələcəyinə dair konfransın bağlanışında çıxışı zamanı deyib.

Xatırladaq ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen aprel ayında Kiyevə səfəri zamanı Vladimir Zelenskiyə Avropa İttifaqına üzvlüklə bağlı danışıqlara başlamaq üçün sorğu vərəqəsini verib. O vurğulayıb ki, ötürülən sənəd “yaxın aylarda müzakirələr üçün əsas sayılır”.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna  





Xəbər lenti