Zelenskidən xəbərdarlıq: “Onlarla ölkə ərzaq qıtlığı astanasındadır”

      Zelenskidən xəbərdarlıq:    “Onlarla ölkə ərzaq qıtlığı astanasındadır”
  10 May 2022    Oxunub:599
Ukraynadan kənd təsərrüfatı məhsulları ixrac olunmadığı üçün onlarla ölkə artıq ərzaq qıtlığı astanasındadır. AzVision.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib. O bildirib ki, Odessada dənizlə bağlı adi həyat Rusiya tərəfindən əngəllənib.
“Bu təkcə Ukraynaya zərbə deyil. Bizim kənd təsərrüfatı məhsulları ixracımız olmasa, dünyanın müxtəlif regionlarında onlarla ölkə artıq ərzaq qıtlığı astanasındadır. Və zaman keçdikcə vəziyyət açıq şəkildə dəhşətli ola bilər. Siyasətçilər artıq Afrika və Asiya ölkələrində qiymət böhranı və aclığın nəticələri müzakirə edirlər. Bu, Rusiya təcavüzünün birbaşa nəticəsidir və bunu ancaq birlikdə aradan qaldırmaq olar”, - Zelenski bildirib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Ukrayna  





Xəbər lenti