Ermənistan müxalifəti dörd istiqamətdə aksiya keçirir - CANLI

   Ermənistan müxalifəti dörd istiqamətdə aksiya keçirir -   CANLI
  10 May 2022    Oxunub:998
Ermənistan müxalifətinin "Müqavimət" hərəkatı etiraz aksiyalarını davam etdirir. AzVision.az xəbər verir ki, hazırda müxalifət İrəvanda bir neçə istiqamətdə mitinq keçirir.
Etirazçılar Nikol Paşinyanın istefasını tələb edir, xalqı itaətsizliyə, yürüşlərə dəvət edirlər.

- Biz yürüşlərlə bütün şəhəri iflic edirik. Qələbəmizə yaxınlaşırıq. Küçələrə çıxıb konkret problemləri həll edirik. Saat 12:00-dən başlayaraq Qay prospekti, "Meqa" ticarət mərkəzinin qarşısında səki, Raffi küçəsi, Andranik heykəlinin yanı və Çauş heykəlinin yanında toplanıb yürüşə başlayırıq, - Daşnaksütyun fəalı, parlamentin vitse-spikeri İşxan Saqatelyan deyib.


Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti